
Biz Kimik?
Şəffaflığın Rəqəmsal Ünvanı
AutoCare.az avtomobil alqı-satqısı zamanı hər iki tərəf üçün tam şəffaflıq yaradan rəqəmsal sertifikatlaşdırma platformasıdır. Biz inamı rəqəmsallaşdırırıq.
Biz Yalnız Təşkilatçıyıq
AutoCare.az olaraq bizim şəxsi servis mərkəzimiz yoxdur.
Bəs sistem necə işləyir? Biz ölkənin ən etibarlı və peşəkar servis mərkəzlərini bir araya gətirən mərkəzi şəbəkəyik.
- Siz platformada siyahıya alınmış rəsmi partnyor servislərdən birini seçirsiniz.
- Servis mərkəzi avtomobili yoxlayır və nəticələri birbaşa bizim bulud sisteminə yazır.
- Hesabat dəyişdirilə bilməz formatda yalnız sizə təqdim olunur.
- Siz təsdiqlədikdən sonra alıcılar üçün açıq şəkildə görünür.
Partnyor Servislər
Müstəqil və peşəkar yoxlama
AutoCare.az Sistemi
Dəyişdirilməz və şəffaf hesabat
Alıcı və Satıcı
Güvənli alqı-satqı prosesi